Giper Astar Suvaq, gips və perlit əsaslı, xüsusi qatqılarla zənginləşdirilmiş yüksək keyfiyyətli astar suvağıdır. AZS EN 13279-1:2023 standartının tələblərinə tam uyğun olan bu astar suvaq, daxili divar və tavanları üzlük qatı, boya və ya divar kağızı tətbiqindən əvvəl peşəkar səviyyədə hazırlamaq üçün ideal həlldir.
Perlit qatqısı sayəsində yüngül strukturlu və yüksək yapışma qabiliyyətinə malik olan Giper Astar Suvağı səthdə möhkəm, hamar və davamlı qat əmələ gətirir. Şümal beton səthlərdə Giper Kontakt ilə birlikdə istifadə edildikdə yapışma performansı maksimum dərəcədə artır. Mala ilə asanlıqla tətbiq olunur, peşəkar tikinti və təmir işlərində etibarlı nəticə təmin edir.