Şirkət haqqında

 Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “UĞUR İNDUSTRY” MMC 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətini yalnız Azərbaycanda deyil, yaxın region ölkələrində də uğurla davam etdirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. “UGUR INDUSTRY” öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib. 

Uğur Industry rəqəmlərldə

Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil həmçinin yaxın region ölkələrindədə uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfi yyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları,xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
20 il
Şirkətimiz 2004-cü ildən fəaliyyət göstərməklə 20 ildən artıq təcrübəyə malikdir
12 ha
 Şirkətimiz 6000 m² qapalı sahə, 6000 m² açıq sahə, 3 zavod, 1 istehsal sahəsi və 1 xidmət sahəsinə malikdir. 
+500
 Şirkətimizdə ştat üzrə 500-dən artıq əməkdaş çalışır. 
+350
 20 ad üzrə 350-dən artıq quru inşaat qarışığı məhsulu istehsal olunur. 

İstehsalat

Məhsullar

Ustalar Klubuna qoşul!

Ustalar Klubunun əsas məqsədi keçirilən seminarlar, hazırlanan kitabçalar, broşuralar və digər informasiya vasitələrilə ustaların peşə ilə bağlı bilik və bacarıqlarının artırılmasını təmin etmək, texniki servis xidməti ilə onlara dəstək vermək, gördükləri işin səmərisini ortaya qoymaq, istər evlərində, istərsə də iş yerlərində kafel - metlax, alçı (şpatlevka), hidroizolasiya və s. usta işlərini görmək istəyənlər üçün kluba üzv olan ustalara üstünlük vermələrini təmin etməkdir.
Ətraflı məlumat

Vizyon

Azərbaycanda, həmçinin Cənubi Qafqazda inşaat materialları istehsalı sektorunda lider mövqeyə nail olmaq və bu mövqeyi əldə saxlamaq. 

Missiya

Missiyamız müasir texnologiyalara əsaslanan keyfiyyətli məhsullar istehsal edərək müştərilərimiz, tərəfdaşlarımız, əməkdaşlarımız və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaqdır.

Maliyyə hesabatı

 UĞUR İNDUSTRY-nin istehsal etdiyi bütün məhsullar çoxmərhələli yoxlama və nəzarət sistemindən keçərək istehlakçıların istifadəsinə verilir. Bütün məhsullara şirkətin daxilində fəaliyyət göstərən akkreditasiya olunmuş “Mərkəzi Sınaq Laboratoriyası” nəzarət edir. Sınaq laboratoriyası AZS ISO/IEC 17025 standartının tələblərinə uyğun olaraq daxil olan xammal və materialların, həmçinin istehsal olunan və qablaşdırılan məhsulların fiziki, kimyəvi, mineraloji analizlərini aparır və texnoloji prosesə tam nəzarət edir. Laboratoriya aparılan sınaqların yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün müasir tələblərə cavab verən texniki vasitələrlə və kimyəvi reaktivlərlə təmin edilib və mütəmadi şəkildə yenilənir. 
Maliyyə-hesabatı.pdf