Giper Makina Suvağı

Kərpic, mişar daşı, beton və s. materiallardan hörülmüş daxili divarların birbaşa suvanması üçün nəzərdə tutulmuş xüsusi suvaq avadanlığı ilə vurulan gips suvağıdır. ГОСТ 31377-2008 standartının tələblərinə uyğundur.

 
Məhsul haqqında: Kərpic, mişar daşı, beton və s. materiallardan hörülmüş daxili divarların birbaşa suvanması üçün nəzərdə tutulmuş xüsusi suvaq avadanlığı ilə vurulan gips suvağıdır. ГОСТ 31377-2008 standartının tələblərinə uyğundur.

Təyinatı: Səs və istilik izolyasiyasına malik, tərkibi kimyəvi əlavələrlə zəngin makina suvağı kərpic və ya mişar daşı ilə hörülmüş divarlara üzərinə birbaşa çəkilir və sement-qum suvağını əvəz edir.

Səthin hazırlanması: Gips əsaslı suvaq çəkilməzdən öncə səth toz, çirk və başqa yapışmağa mane olan yad cisimlərdən təmizlənməlidir. Səthin möhkəmliyi yoxlanılmalı, lazım gələrsə təmir edilməlidir. İsti hava şəraitində bəzi səthlərin (kərpic, mişar daşı) su hopma qabiliyyətinin artdığını nəzərə alaraq suvaq çəkilməzdən öncə səth binder və ya su ilə yaxşıca yuyulmalıdır. Qəlibdən çıxmış şümal beton səthlərdə yapışmanı artırmaq üçün “Giper Kontakt” və ya digər hamar beton səthləri nahamarlayan məhsullardan istifadə etmək lazımdır.

Qarışığın hazırlanması və istifadəsi: Fasiləsiz su axını ilə təmin edilmiş maşının bunkerinə lazımi miqdarda suvaq qarışığı əlavə edilir, qarışma nisbəti tənzimlənir, qarışıq avtomatik olaraq bircinsli hala gətirilir və maşının üzərindəki kompressor vasitəsi ilə hazırlanmış səthə püskürtmə tapançası ilə qalınlığı 10 mm ilə hamarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Suvaq barmaqla sıxıldıqda barmaq batmırsa, onda səth mala ilə hamarlana bilər. Qalınlığı 3 sm-dən çox olan hallarda suvaq iki qat çəkilir. 

Məhsullar

Məhsul Sifarişi

Miqdarı təyin et

Təbrik edirik!
Sifarişiniş qeydə alındı.

Tezliklə sizinlə əlaqə saxlayacayıq.

Əsas səhifəyə qayıt