Səth quru və möhkəm olmalı, toz, çirk, yad cisimlər və yapışmaya mane olan bütün qalıqlardan təmizlənməlidir. Yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır
Təmiz qaba 6-7 l su töküb, üzərinə 10 kq məhsul səpilir, bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır. Mexaniki üsulla qarışdırarkən aşağı dövr sürətindən istifadə etmək lazımdır.